Xankəndidə bayram konserti keçirilib
Far.Az xəbər saytı

Xankəndidə bayram konserti keçirilib


Xankəndi şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti təşkil olunub.

Bu barədə "Far.Az"a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, dekabrın 29-da şəhərin Zəfər meydanında keçirilən "Qış nağılı" yarmarkası günlərində baş tutan bayram konserti Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilib.

Konsertdə tanınmış ifaçılar və musiqiçilər çıxış ediblər. Səslənən ifalar şəhər sakinlərinə və qonaqlara yüksək bayram ovqatı bəxş edib, mərkəzi meydanda coşqun ab-hava yaradıb.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili birlik, həmrəylik və bayram ruhu ilə qeyd etmək, eyni zamanda Xankəndi şəhərində ictimai-mədəni həyatın canlandırılmasına töhfə vermək olub.

Oxşar xəbərlər

Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Xankəndidə Zəfər atəşfəşanlığı
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Bakıda Zəfər muzeyinin açılışı olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər