Havaya görə qərb bölgəsində avtomobil yollarında hərəkət çətinləşib
Far.Az xəbər saytı

Havaya görə qərb bölgəsində avtomobil yollarında hərəkət çətinləşib


Qeyri-sabit hava şəraiti ilə əlaqədar Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz və Göygöl rayonlarının avtomobil yollarında qismən çətinliklər yaranıb.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, qarın yağması və bəzi yolların buz bağlaması səbəbindən nəqliyyat vasitələrin hərəkətində qismən çətinliklər olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Far.Az"un Qərb bürosunun sorğusuna cavabında bildirilib ki, avtomobil yollarında təhlükəsizliyin qarşısını almaq məqsədilə Dövlət Yol Polisi əməkdaşları da gücləndirilmiş iş rejimində çalışırlar.

Qeyd edək ki, bölgədə qarlı hava şəraiti müşahidə olunur. Elektrik və qazın verilişində problem yoxdur.

Oxşar xəbərlər

Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
BŞİH: Qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatıb, hər bir rayona cavabdeh şəxs təyin edib
Baku Ekspo Mərkəzinə avtobusla getmək ÇƏTİNLƏŞİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər