Böyük Britaniya Ukraynaya mindən çox dron əleyhinə raket verəcək
Far.Az xəbər saytı

Böyük Britaniya Ukraynaya mindən çox dron əleyhinə raket verəcək


Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemləri üçün, o cümlədən dron əleyhinə nəzərdə tutulan mindən çox qısamənzilli raket vermək niyyətindədir.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Raketlərdən əlavə, yardım paketi 10-dan çox HHM radiolokasiya stansiyasının və dron əleyhinə raketlər üçün buraxılış qurğularının tədarükünü nəzərdə tutur. Silahların ümumi dəyəri təxminən 330 milyon dollar olaraq qiymətləndirilir. Tədarüklərin dekabrın ortalarında başlaması planlaşdırılıb.

Britaniya MN-dən həmçinin xatırladıblar ki, daha əvvəl London qış ərəfəsində Kiyevə HHM-i gücləndirmək üçün 400 zenit raketi verib.

Bundan əlavə, Böyük Britaniya, Ukrayna və İsveç, Stokholmun "Gripen" qırıcı təyyarələrinin Kiyevə verilməsi mexanizmini nəzərdə tutan niyyət memorandumu imzalayıblar.

Oxşar xəbərlər

"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
Zelenski: Ukrayna 150 ədəd "Gripen" qırıcı təyyarəsi alacaq - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər