DİN: Yollar qar və buzdan təmizlənir
Far.Az xəbər saytı

DİN: Yollar qar və buzdan təmizlənir


Digər dövlət orqanları ilə birgə yollar, eləcə də yol nişanları qar və buzdan təmizlənir.

Bu barədə "Far.Az"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq Yeni il bayramı günlərində vətəndaşların istirahət zonalarında və yollarda hərəkət intensivliyinin artması fonunda şəhər və rayonlarda, işğaldan azad olunmuş ərazilərdə, həmçinin magistral yollarda zəruri tədbirlər görülür:

"Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərində əlavə polis naryadları cəlb edilib. Gecə saatlarından etibarən təşkil edilən fasiləsiz xidmət zamanı digər dövlət orqanları ilə birgə yollar və yol nişanları qar və buzdan təmizlənir, təhlükəsizliyin təmin olunması məqsədilə ərazilərə qum və duz səpilir. Polis əməkdaşları tərəfindən vətəndaşlara zəruri köməkliklər göstərilir".

Həmçinin DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağsu dolaylarında hava şəraiti ilə əlaqədar polis əməkdaşları fasiləsiz xidmət aparır:

"Sürücülərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirilir. Nəqliyyatın hərəkəti polis əməkdaşları tərəfindən tənzimlənir, sürücülərlə profilaktik iş aparılır və onlara yollarda olan vəziyyət barədə məlumat verilir. Vətəndaşlarımıza köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir. Yol patrul xidməti avtomobillərinin müşayəti ilə aidiyyəti qurumun əməkdaşları tərəfindən əraziyə qum, duz səpilir".

Oxşar xəbərlər

Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
"Günəşli" sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
BŞİH: Qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatıb, hər bir rayona cavabdeh şəxs təyin edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər