Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard dollarlıq sərmayə qoyması müzakirə edilib
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın iqtisadiyyat naziri Mikayil Cabbarovla telefon danışığı aparıb.
"Far.Az" xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.
Qeyd olunur ki, danışıq zamanı Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları məbləğində sərmayə qoyması müzakirə edilib.
Məhəmməd İshaq Dar və Mikayil Cabbarov ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluqlarını ifadə ediblər və münasibətləri daha da inkişaf etdirmək barədə razılığa gəliblər.
Məhəmməd İshaq Dar qarşılıqlı maraq doğuran sahələrdə Pakistan-Azərbaycan əməkdaşlığının gücləndirilməsində yüksək səviyyəli əlaqələrin vacibliyini vurğulayıb. Pakistan iqtisadiyyatının müəyyən sahələrinə Azərbaycan investisiyalarının qoyulmasına imkan verən mexanizmin yekunlaşdırılması barədə razılığa gəlinib.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













