İranda etirazlar və iğtişaşçıların həbsləri davam edir
İranda etirazlar və iğtişaşçıların həbsləri davam edir.
"Report"un yerli mətbuata istinadən məlumatına görə, İlam, Qum və Huzistan əyalətlərində naməlum şəxslər küçələrə odlu və soyuq silahlarla çıxıblar.
"Mehr" agentliyinin yayımladığı görüntülərdə maskalı şəxslərin əllərində silah tutduqları görünür. Qumda iğtişaşçılar mülki avtomobili yandırıblar.
"Fars" agentliyinin məlumatına görə, yanvar 2-də axşam Tehran və onun bəzi ətraf ərazilərinin ayrı-ayrı qruplar hökumət əleyhinə şüarlar səsləndirərək, yoldan keçənləri təhrik etməyə çalışıblar. Silahlı iğtişaşçılar bir neçə əyalətdə hökumət binalarına hücumları davam etdirirlər.
Huzistan əyalətinin Şuştar şəhərində polis bir qrup etirazçını saxlayıb və bir ədəd "Colt" tapançası, 12 bıçaq və bir daraq müsadirə edib. Əyalətin polis rəisi Fərşad Kazemi hüquq-mühafizə orqanları əməkdaşlarının çevik hərəkətlərinin bir neçə iğtişaşçını müəyyənləşdirməyə və saxlamağa imkan verdiyini qeyd edib, vətəndaşları cinayətkarların nifaq salmaq cəhdləri fonunda ayıq-sayıq olmağa çağırıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən il "Azərbaycan multikulturalizmi" fənni 65 universitetdə tədris olunub
-
Prezident telekanallara müsahibəsində milli maraqlara söykənən qətiyyətli mövqeyini bir daha ortaya qoydu - RƏY
-
Sibiqa: Moskva sülh səylərini rədd edir
-
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətində kadr islahatları aparıb
-
Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib
-
Əhməd Əl Şaraaya qarşı sui-qəsd iddialarına aydınlıq gətirilib













