Ağsuda minik avtomobili idarəetmədən çıxaraq aşıb, ölən və xəsarət alanlar var
Far.Az xəbər saytı

Ağsuda minik avtomobili idarəetmədən çıxaraq aşıb, ölən və xəsarət alanlar var


Ağsuda hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun rayonun Qırlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində avtomobildə olan Balakən rayon sakini, 24 yaşlı Kəmalə Orucova hadisə yerində ölüb.

Xəsarət alan sürücü, 32 yaşlı Faiq Şükür oğlu Orucov və digər şəxslər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər