Hər gün gec yatmağın gözə görünməyən fəsadları - XƏBƏRDARLIQ
Far.Az xəbər saytı

Hər gün gec yatmağın gözə görünməyən fəsadları - XƏBƏRDARLIQ


Müasir həyat tərzi bir çox insanı gec yatmağa məcbur edir. Sosial şəbəkələr, seriallar, iş rejimi və stress səbəbindən "bir az da gec yatım" vərdişi zamanla normaya çevrilir.

BAKU.WS-in məlumtına görə, mütəxəssislər xəbərdarlıq edir ki, hər gün gec yatmaq orqanizmdə səssiz, amma ciddi fəsadlar yaradır.

Araşdırmalara görə, gecə saat 23:00-dan sonra yatmaq beynin bərpa mexanizmlərini zəiflədir. Məhz bu saatlarda yaddaşın möhkəmlənməsi və sinir sisteminin dincəlməsi prosesi başlayır. Gec yatmağa öyrəşən insanlarda isə diqqət dağınıqlığı, tez yorulma və unutqanlıq daha çox müşahidə olunur.

Həkimlərin sözlərinə görə, gec yatmaq təkcə beyinlə məhdudlaşmır. Bu vərdiş ürək-damar xəstəlikləri riskini artırır, qan təzyiqində dalğalanmalara səbəb olur və immun sistemini zəiflədir. Nəticədə insan daha tez-tez xəstələnir və bədən infeksiyalara qarşı müqavimətini itirir.

Maraqlı məqamlardan biri də odur ki, gec yatmaq çəki artımına birbaşa təsir edir. Yuxu rejimi pozulduqda aclıq hormonları tarazlığını itirir və insan gec saatlarda daha çox yeməyə meylli olur. Bu isə artıq çəki və maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır.

Psixoloqlar isə bildirir ki, davamlı gec yatmaq əhval dəyişikliyi, əsəbilik və depressiya riskini artırır. İnsan özünü səbəbsiz yorğun və narahat hiss edir, sosial münasibətlərdə gərginlik yaranır.

Mütəxəssislər gec yatmağın qarşısını almaq üçün yatmazdan ən azı bir saat əvvəl telefon və digər ekranlardan uzaq durmağı, sabit yuxu saatı formalaşdırmağı və gecə qidalanmasından imtina etməyi tövsiyə edirlər.

Qeyd edək ki, düzgün yuxu rejimi yalnız istirahət deyil, uzunömürlülük və sağlam həyat üçün əsas şərtlərdən biri hesab olunur.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər