ABŞ dövlət katibi: Venesuela İran və "Hizbullah" üçün məskən olmamalıdır
Far.Az xəbər saytı

ABŞ dövlət katibi: Venesuela İran və "Hizbullah" üçün məskən olmamalıdır


ABŞ-nin Venesuelaya bir sıra tələbləri var, onlardan biri də Bolivar Respublikasının Vaşinqton əleyhdarları, xüsusilə İran və "Hizbullah" hərəkatı üçün məskən olmağı dayandırmasından ibarətdir.

"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "ABC News" telekanalına müsahibəsində bildirib.

"Biz Venesuelaya biganə deyilik. İstəyirik ki, onlar gələcəkdə uğur qazansınlar, lakin bizim əsas vəzifəmiz Amerikadır. Artıq narkotik maddələr, bizim istiqamətimizə hərəkət edən dəstələr və dünyada olan hər bir düşmənimiz üçün keçid nöqtəsinə çevrilən ərazilər olmamalıdır. "Hizbullah", İran Venesuelanı öz məskəninə çeviriblər. Belə davam edə bilməz və hazırkı Amerika administrasiyası buna imkan verməyəcək", - o bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
KİV: Maduro edam cəzasının qüvvədə olduğu ştata aparılıb
Rubio: ABŞ Venesuela neftini daşıyan gəmiləri saxlamağa davam edəcək
Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən SAXLANILMA ANI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər