Metro rəsmisi: "Baş vermiş hadisə ilə bağlı əlavə tədbirlərin görülməsi istisna deyil"
Bakı metrosunda baş vermiş nasazlıqla bağlı aparılan araşdırmanın nəticələri müvafiq qurumlara təqdim olunacaq, əlavə tədbirlərin görülməsi istisna edilmir.
Bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırma daha dərindən və texniki səviyyədə aparılacaq:
"Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq qurumlara məlumat təqdim olunacaq. Eyni zamanda ictimaiyyətə də açıqlama veriləcək. Məsələ ilə bağlı əlavə tədbirlərin görülməsi də istisna edilmir və proses tam şəffaf şəkildə həyata keçirilir. Hadisə daha ciddi nəticələrə səbəb ola bilərdi, lakin operativ müdaxilə nəticəsində bunun qarşısı alınıb. Araşdırmanın nəticəsinə uyğun olaraq, hər hansı insident və ya hüquqi əsas müəyyən edilərsə, Baş Prokurorluğa müraciət oluna bilər. Araşdırmanın nəticəsinə uyğun olaraq, hər hansı məsul şəxs müəyyən edilərsə, onun barəsində müvafiq tədbir görülə bilər".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb
-
"Neftçi" bəyanat yayıb: "Bir çox hakimlər komandamıza qarşı qərəzli mövqe sərgiləyib"
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
-
"Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib













