Yunan fermerlər ölkədə yolların bağlanmasını genişləndirəcəklər
Yanvarın 3-də Yunanıstan fermerləri öz nümayəndələrinin ümummilli yığıncağında hökumətdən subsidiyalar tələb etməklə yanaşı, Aİ-nin MERCOSUR ölkələri ilə azad ticarət sazişini imzalamaqdan imtinasını tələb edərək, ətraf yollar da daxil olmaqla magistralların, eləcə də qonşu ölkələrlə sərhədlərdəki gömrük məntəqələrinin bloklanmasını gücləndirmək qərarına gəliblər.
"Report"un xəbərinə görə, bu barədə ANA-MPA agentliyi məlumat yayıb.
Məlumata görə, 30 noyabrda traktorlar və digər kənd təsərrüfatı texnikaları ilə magistral yolları və sərhəd gömrük məntəqələrini bağlamağa başlayan fermerlər Nea-Malqarada keçirilən görüşdə 6 yanvarda Yunanıstanda qeyd olunan Xaç suyuna salma bayramından sonra etirazlarını gücləndirmək qərarına gəliblər. Etirazçıların sözlərinə görə, yanvarın 8-də - cümə axşamı, 9 yanvar - cümə günləri fermerlər Bralos məntəqəsini traktorlar və nəqliyyat vasitələri ilə bağlayacaq, Yunanıstanı iki yerə böləcəklər.
Onlar eyni vaxtda Afina-Saloniki magistral yolunda, Eqnatiya, İon magistral yollarında, Qərbi Makedoniyadakı Siatista yaxınlığındakı magistral yollarda və Peloponnes yarımadasında qovşaqları bağlamağa davam edəcəklər. Bloklanmalar həmçinin Evzoni, Niki, Promaxonas, Eksoxi, Ormeni və Kipi gömrük məntəqələrində, eləcə də ölkənin bir çox yerində ikinci dərəcəli yollarda davam edəcək.
"Cümə axşamı və cümə günləri səfərbərliyimizdə ümumi artım olacaq və hökumətin real dialoqa girə bilməyimiz üçün həll yolları təklif etmək imkanı olacaq", - E65 blokpostunun nümayəndəsi Kostas Tsellas bildirib. "İstəsələr, sabah bizi təkliflərlə səmimi, mənalı dialoqa dəvət edə bilərlər ki, evə qayıdıb bu blokadaya birdəfəlik son qoyaq", - o deyib.
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Şəkidə ilk dəfə "Sağlamlıq Günləri" keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən il "Azərbaycan multikulturalizmi" fənni 65 universitetdə tədris olunub
-
Prezident telekanallara müsahibəsində milli maraqlara söykənən qətiyyətli mövqeyini bir daha ortaya qoydu - RƏY
-
Sibiqa: Moskva sülh səylərini rədd edir
-
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətində kadr islahatları aparıb
-
Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib
-
Əhməd Əl Şaraaya qarşı sui-qəsd iddialarına aydınlıq gətirilib













