KİV: İsrail və Suriya Parisdə yeni danışıqlar aparacaq
Bazar ertəsi ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barrakın himayəsi altında Parisdə İsrail və Suriya nümayəndə heyətləri arasında yeni danışıqlar mərhələsi planlaşdırılır.
"Report"un xəbərinə görə, bu barədə "Asharq Al-Awsat" məlumat yayıb.
Qəzetin məlumatına görə, tərəflər iki ay əvvəl dayandırılmış dialoqu bərpa edəcəklər. Məqsəd Holan yüksəkliklərində İsrail və Suriya qüvvələri arasında 1974-cü ildə ayrılma müqaviləsini əvəz edəcək təhlükəsizlik tənzimləmələri barədə razılığa gəlməkdir. Yeni sənəddə İsrail qoşunlarının ötən ilin dekabrında işğal edilmiş Dəməşqin cənubundakı ərazilərdən çıxarılması müqabilində cənubi Suriyanın silahsızlaşdırılması nəzərdə tutulacaq.
Paris görüşlərindəki nümayəndə heyətlərinə Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani və İsrailin ABŞ-dəki səfiri Yeyxiel Leyter rəhbərlik edəcək. Daha əvvəl İsrailin baş danışıqçısı noyabrın əvvəlində beş görüş mərhələsinə rəhbərlik etdikdən sonra istefa verən keçmiş strateji planlaşdırma naziri Ron Dermer idi.
Nəşrin məlumatına görə, Tramp administrasiyası İsrail və Suriyanı uzun müddət davam edən düşmənçilikdən sonra ikitərəfli münasibətlərin normallaşdırılmasına yol açacaq hücum etməmək paktını bağlamağa sövq edir. Vaşinqton Ərəb Respublikasının 2020-2021-ci illərdə ABŞ-nin vasitəçiliyi ilə bir qrup ərəb ölkəsi və İsrail arasında bağlanmış "Abram" sazişlərinə qoşulmasında israr edir.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən il "Azərbaycan multikulturalizmi" fənni 65 universitetdə tədris olunub
-
Prezident telekanallara müsahibəsində milli maraqlara söykənən qətiyyətli mövqeyini bir daha ortaya qoydu - RƏY
-
Sibiqa: Moskva sülh səylərini rədd edir
-
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətində kadr islahatları aparıb
-
Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib
-
Əhməd Əl Şaraaya qarşı sui-qəsd iddialarına aydınlıq gətirilib













