"Xilasedici"nin baş məşqçisi: "Belçika klubu ilə matça çox yaxşı hazırlaşmışıq"
"Xilasedici" voleybol klubu Çelenc Kubokunun 1/16 final mərhələsinin "Lindemans"la (Belçika) baş tutacaq cavab matçına çox ciddi hazırlaşıb.
Bunu "Report"a komandanın baş məşqçisi Cəlil Cəlilov deyib.
Mütəxəssis ilk dəfə iştirak etdikləri beynəlxalq yarışın onlar üçün böyük təcrübə olduğunu söyləyib:
"Evdə 0:3 hesabı ilə məğlub olmağımıza baxmayaraq, bugünkü matça çox yaxşı hazırlaşmışıq. Oyunçuların motivasiyası yüksəkdir, itirəcək heç nəyimiz yoxdur. Meydançaya qələbə üçün çıxacağıq. "Xilasedici" ilk dəfə Avropada mübarizə aparır. İstər oyunçular, istərsə də məşqçilər heyəti olsun, çox işlər görmüşük. Birinci mərhələni uğurla keçdik. Bu, bizim üçün böyük təcrübədir. Ümid edirəm ki, Bakıya qələbə ilə dönəcəyik".
Qeyd edək ki, "Lindemans" - "Xilasedici" görüşü Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ucuz qiymətə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - 1300 AZN-dən başlayır
Bu ərazilərdə torpaq sahələri ucuz qiymətə satışa çıxarıldı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?
-
Azərbaycanın U-20 millisi yoldaşlıq oyununda bu gün Moldova ilə qarşılaşacaq
-
Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk
-
Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"













