Azərbaycan İsraillə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan İsraillə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib


Azərbaycan və İsrail arasında tərəfdaşlığın gündəliyindəki prioritet istiqamətlər, o cümlədən şəhər mobilliyi, nəqliyyatın rəqəmsallaşdırılması, süni intellekt, innovativ sahibkarlıq və startaplara dəstək mexanizmləri, kibertəhlükəsizlik, rəqəmsal bilik və bacarıqlara malik insan kapitalının inkişafı üzrə fəaliyyətin perspektivləri müzakirə edilib.

"Far.Az" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir müavini Samir Məmmədov və İsrailin Azərbaycandakı səfiri Ronen Krauszla görüşdə aparılıb.

Görüşdə iki ölkə arasında Birgə Komissiyanın ötən il noyabrın 20-də keçirilmiş 4-cü iclası çərçivəsində müzakirə edilən məsələlər üzrə görülən və planlaşdırılan işlərə dair fikir mübadiləsi aparılıb, İsrailin "Technion" İnstitutu ilə birgə yaradılan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin, eləcə də ötən ilin dekabr ayında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Kosmik Agentliyi və İsrail Aerokosmik Sənayesi Korporasiyasının (IAI) əməkdaşlığı ilə Azərbaycanda təsis edilən "Vistar" Mükəmməllik Mərkəzinin fəaliyyəti barədə məlumat verilib.

Oxşar xəbərlər

2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər