DÇ-2026-da oynamayacaq ulduz futbolçular – Siyahıda 17 məşhur ad var
2026-cı il dünya çempionatında bir sıra məşhur futbolçular iştirak etməyəcək.
BAKU.WS xəbər verir ki, bəziləri zədə səbəbindən heyətdən kənarda qalsa da, bir çox tanınmış oyunçu baş məşqçilərin qərarı ilə mundialdan kənarda qalıb.
Siyahıda İngiltərə, Braziliya, Fransa, İspaniya və digər ölkələrin tanınmış futbolçuları yer alıb.
1. Koul Palmer (İngiltərə)"Çelsi"nin yarımmüdafiəçisinin İngiltərə millisinin heyətinə düşməməsi böyük sürpriz sayılıb. Tomas Tuxel onun son mövsümdə əvvəlki kimi həlledici təsir göstərə bilmədiyini bildirib.
2. Fil Foden (İngiltərə)"Mançester Siti"nin ulduzu da dünya çempionatından kənarda qalıb. Tuxel heyətdə çox sayda eyni mövqedə oynayan futbolçunun olduğunu əsas gətirib.
3. Joao Pedro (Braziliya)"Çelsi"də uğurlu mövsüm keçirməsinə baxmayaraq, hücumçu Karlo Ançelottinin seçimindən kənarda qalıb. Təcrübəli Neymar ona üstün tutulub.
4. Trent Aleksander-Arnold (İngiltərə)"Real Madrid"in müdafiəçisi də İngiltərə millisinin yekun siyahısına daxil edilməyib. Məşqçi onun müdafiədəki qeyri-sabit çıxışını nəzərə alıb.
5. Antoni (Braziliya)"Betis"də yaxşı statistika göstərsə də, braziliyalı vinger dünya çempionatına aparılmayıb.
6. Dani Karvaxal (İspaniya)Təcrübəli müdafiəçi zədələr səbəbindən əvvəlki formasını bərpa edə bilməyib və İspaniya millisindən kənarda qalıb.
7. Din Höysen (İspaniya)"Real Madrid"in gənc müdafiəçisi də mundial heyətinə düşməyib. Onun ilk dünya çempionatı arzusu baş tutmayıb.
8. Sərdar Azmun (İran)"Zenit" və "Rubin"in keçmiş futbolçusu həm zəif mövsüm keçirməsi, həm də bəzi siyasi səbəblərə görə İran millisindən kənarda qalıb.
9. Harri Maquayr (İngiltərə)"Mançester Yunayted"in müdafiəçisi qərardan məyus olduğunu açıqlayıb. O, millidə vacib rol oynaya biləcəyini düşünürdü.
10. Kinqsli Koman (Fransa)Səudiyyə Ərəbistanına transferindən sonra Fransa millisindəki mövqeyi zəifləyən futbolçu dünya çempionatına çağırılmayıb.
11. Rişarlison (Braziliya)"Tottenhem"in hücumçusu əvvəlki mundialda əsas fiqurlardan biri olsa da, bu dəfə Ançelottinin seçimindən kənarda qalıb.
12. Eduardo Kamavinqa (Fransa)"Real Madrid"li yarımmüdafiəçi zədələr və qeyri-sabit mövsüm səbəbindən Fransa millisinin heyətinə düşməyib.
13. Uilfrid Zaha (Kot-d"İvuar)Uzun illər milli komandanın əsas oyunçularından olan vinger bu dəfə mundial siyahısından kənarda qalıb.
14. Morqan Gibbs-Uayt (İngiltərə)"Nottingem Forest"in futbolçusu Premyer Liqada uğurlu mövsüm keçirsə də, İngiltərə millisinin heyətinə daxil edilməyib.
15. Emil Forsberq (İsveç)Təcrübəli yarımmüdafiəçi komandanın cavanlaşdırılması siyasəti səbəbindən dünya çempionatına aparılmayıb.
16. İrvinq Losano (Meksika)MLS-də yaşadığı problemlər və oyun praktikasının olmaması onun Meksika millisindən kənarda qalmasına səbəb olub.
17. Lyuka Şevalye (Fransa)"PSJ"nin qapıçısı uzun müddət ehtiyatda qalması səbəbindən Fransa millisinin yekun heyətinə düşməyib.
Oxşar xəbərlər
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
Cavid Qurbanov: Bakı-Tbilisi sərnişin qatarı iki dövlətin vətəndaşlarının gediş-gəlişini asanlaşdıracaq
-
"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir
-
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb - YENİLƏNİB
-
Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq"













