"Qarabağ"ın rəqibi dünya çempionu ilə danışıq aparır
UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"la üz-üzə gələcək Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu futbolçusu Mario Götzenin müqavilə müddətinin uzadılması üçün danışıqları davam etdirir.
"Report" insayder Florian Plettenberqə istinadən xəbər verir ki, 33 yaşlı vingerin daha bir mövsüm Bundesliqa təmsilçisində qalacağı gözlənilir.
Frankfurt klubunun idman direktoru Markus Kreşke hər iki tərəfin tərəfdaşlığı davam etdirmək istədiyini təsdiqləyib.
2014-cü ildə Almaniya millisi ilə dünya çempionu olan Mario Götze 2022-ci ildən "Ayntraxt"da çıxış edir. O, komandada 140 oyuna çıxıb, 12 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Avropa Liqası: “Qarabağ” FCSB klubuna məğlub olaraq pley-off şansını itirib - YENİLƏNİB-7
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













