Afrika Futbol Konfederasiyası araşdırmaya başlayıb
Afrika Futbol Konfederasiyası (CAF) Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunun 1/4 final mərhələsinin Əlcəzair - Nigeriya və Kamerun - Mərakeş oyunlarından sonra baş verən xoşagəlməz hadisələrlə bağlı araşdırmaya başlayıb.
"Far.Az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti bəyanat yayıb.
Bəzi oyunçuların və rəsmi şəxslərin qeyri-etik davranışlarını əks etdirən videogörüntülərin və hesabatların araşdırılması üçün İntizam Komitəsinə təqdim edildiyi bildirilib. CAF həmçinin media zonasında bəzi jurnalistlərin qeyri-peşəkar davranışlarını da nəzarətə götürüb. Qurum matç rəsmilərini və təşkilatçıları hədəf alan istənilən neqativ hərəkəti qətiyyətlə pisləyib və günahkar şəxslərə qarşı müvafiq cəza tədbirlərinin görüləcəyini bəyan edib.
Araşdırmanın nəticələrinin yaxın günlərdə açıqlanacağı bildirilib.
Qeyd edək ki, Afrika Millətlər Kuboku yanvarın 18-nə qədər davam edəcək.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













