14
yanvar
2026
11:30
88
36
174

Aşağı Oratağ sakini: Bundan sonra kəndimizin dirçəlməsi üçün çalışacağıq

Geri dönən sakinlər bundan sonra kəndin dirçəlməsi üçün çalışacaqlar.

Bunu "Far.Az"un Ağdərəyə ezam olunan əməkdaşına açıqlamasında Aşağı Oratağ kəndinə qayıdan sakin Anar Rüstəmov deyib.

O, 33 ildən sonra dədə-baba yurduna qayıtmağın qürurunu yaşadıqlarını vurğulayıb:

"Bura qayıtmağımızın səbəbkarı olan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bizim üçün ən sevindirici məqam odur ki, doğma yurdumuzda ilk qonağımız ölkə başçısı və onun ailəsi oldu. Bu hal biz sakinlərin üzərində daha böyük məsuliyyət qoyur. Kəndimiz işğal olunandan ailəmizin on üzvü vardı. İndi mən özüm ailə başçısı olaraq, beş nəfərlə geri qayıdıram. Bundan sonra kəndimizin dirçəlməsində daha çox çalışacağıq".

Digər Dünya xəbərləri