Xocavənd sakini: Biz qələbəyə layiqik, torpağımıza qayıtmaq haqqımızdır
Biz qələbəyə layiqik, torpaqlarımıza qayıtmaq haqqımızdır.
Buna "Far.Az"a Xocavənd rayon sakini Səxavət İmanova deyib.
"Hisslərimi sözlə ifadə eləmək o qədər çətindir ki. Çünki uşaqlığımı, gəncliyimi orada yaşamışam. Xankəndi Universitetini bitirmişəm. O torpaq mənim üçün o qədər əziz olub, o qədər sevimli olub. Ayağımı basanda o torpaqdan aldığım o qüruru, o sevinci, ifadə eləməyə söz tapmıram.
Oranı məcburi tərk edəndə 22 yaşım var idi və Bakı şəhərində məskunlaşandan sonra o qədər burada vətən üçün şagirdlərimə, bütün ətrafıma Qarabağı sevdirmişəm. Şahidi olduğum bütün o faciələri, o ağlaşma səslərini, o anaların hıçqırtıları ömrü boyu mənim ürəyimdə yara olub. Amma bu gün o qədər qürurlanıram, o qədər fəxarət hissi keçirirəm ki".
O, bugünkü xoşbəxt gününün sevincinə görə təşəkkürünü ifadə edib: "Dövlətimizin başçısına, Prezidentimizə təşəkkür edirəm. Şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzulayıram".
Qeyd edək ki, bu gün Xocavənd şəhərinə 36 ailə - 140 nəfər, rayonun Quzeyxırman kəndinə isə 12 ailə - 45 nəfər köçürülüb.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Şou-biznesin xoşbəxt ailə həyatı olan məşhurları - SİYAHI
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?













