Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum” işə başlayıb
Bakıda “Caspian Energy Club” və “Enermus” QSC-nin birgə təşkilatçılığı ilə 12-ci Beynəlxalq “Caspian Energy Forum” işə başlayıb.
“Report” xəbər verir ki, forumun əsas mövzuları “Əsrin müqaviləsi”nin 30 illiyi – iki dövrün arasında dayanıqlı keçidin təmin olunması, Azərbaycanda istehsal olunan “yaşıl enerji”nin Avropaya dayanıqlı nəqli, Orta Dəhliz üzərində yerləşən ölkələrin “yaşıl iqtisadiyyat”a keçidi və “Yaşıl Qarabağ”dır.
Məqsəd regionda olan davamlı inkişaf proseslərinin işıqlandırılması, Orta Dəhliz ölkələrinin “yaşıl dünya” naminə iqtisadiyyatında keçirilən islahatların pozitiv nəticələri, regionda “yaşıl” layihələrə investorların cəlb olunması, dövlət və özəl sektorlarda həyata keçirilən “yaşıl layihə"lərin beynəlxalq arenada tanıdılmasıdır.
Forumda Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı beyin mərkəzlərinin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri daxil olmaqla 500-dən çox nümayəndə, o cümlədən diplomatik və beynəlxalq missiyaların Azərbaycanda akkreditə olunmuş nümayəndələri iştirak edirlər.
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Osman Xaliyev: “SİF-in prioritet sahələri sırasına “yaşıl layihə”lərin maliyyələşdirilməsini daxil etmişik” – MÜSAHİBƏ
COP29-un alternativ enerjinin yüksəlişinə verəcəyi töhfə Azərbaycana qaçılmaz yeniliklər gətirəcək
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













