Azercell "30 il səninlə" lotereyası çərçivəsində ilk qaliblərinə 2 Toyota Corolla Cross və 14 iPhone 17 Pro smartfonu hədiyyə etdi!
Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyasında ilk qaliblər müəyyənləşib. Oktyabrın 27-də və noyabrın 3-də fakturasız xətt abunəçiləri arasında keçirilən iki tirajda ümumilikdə 2 Toyota Corolla Cross avtomobili və 14 ədəd iPhone 17 Pro smartfonu artıq sahiblərinə təqdim olunub.
Hər tirajda 7 ədəd iPhone 17 Pro smartfonu və 1 ədəd Toyota Corolla Cross avtomobili oynanılıb. iPhone telefonlarının hər biri üzrə qalib həftənin müvafiq günündə toplanmış şanslar arasından, avtomobilin qalibi isə həftə ərzində toplanmış şanslar əsasında seçilib.
Tirajların nəticələrinə əsasən müəyyən edilmiş qaliblərin siyahısı Azercell-in rəsmi internet səhifəsində dərc olunub.
Xatırladaq ki, lotereyada iştirak ödənişsizdir. Fakturasız xətt abunəçiləri Azercell tətbiqinin "Lotereya" bölməsində qeydiyyatdan keçə və ya 3035 qısa nömrəsinə START yazıb SMS göndərə bilərlər. Qeydiyyatdan keçdikdən sonra abunəçilər balanslarını artırmaqla, eləcə də Azercell-in məhsul və xidmətlərindən yararlanmaqla lotereya şansları əldə edə bilərlər.
Şanslarını artırmaq istəyənlər üçün xüsusi şans paketləri də nəzərdə tutulub. Tətbiq, USSD və SMS vasitəsilə aktivləşdirilən bu paketlər həm şəbəkədaxili danışıq dəqiqələri, həm də lotereya şansları təqdim edir. Bundan əlavə, Azercell tətbiqindəki həftəlik tapşırıqları tamamlayan abunəçilər əlavə şanslar qazana, hətta şanslarını beşqat artıra bilərlər.
Lotereyanın hədiyyələri bununla bitmir. Qarşıdakı tirajlarda daha 8 Toyota Corolla Cross avtomobili və 56 iPhone 17 Pro smartfonu oynanılacaq. Lotereyanın final tirajında isə qaliblərdən birini "28 May" metro stansiyasının yaxınlığında yerləşən tam təmirli mənzil gözləyir.
Azercell-in 30 illik yubileyini böyük hədiyyələrlə qeyd edin – şanslarınızı toplayın, növbəti qalib siz olun!
Oxşar xəbərlər
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
Azercell-in yubiley lotereyasında Fakturasız xətt abunəçiləri üçün hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır!
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır













