"Azərreyl"in prezidenti: "Komandaların çempionatdakı mövqeyini faciə kimi qiymətləndirmirik"
Far.Az xəbər saytı

"Azərreyl"in prezidenti: "Komandaların çempionatdakı mövqeyini faciə kimi qiymətləndirmirik"


"Azərreyl" klubunun prezidenti Ramin Əzizov qadın və kişilərdən ibarət komandaların Azərbaycan Yüksək Liqasındakı hazırkı mövqeyini faciə kimi qiymətləndirmir.

Funksioner bu barədə "Far.Az"a açıqlama verib.

O, hər iki kollektivin turnir cədvəlində aşağı pillələrdə yer almasına münasibət bildirib:

"Komandaların hazırkı mövqelərini faciə kimi qiymətləndirmirik. Liqaların əsas və həlledici oyunları hələ qarşıdadır. Ötən mövsüm də oxşar situasiya yaşamışdıq və məhz mövsümün sonuna doğru komandalarımız real gücünü göstərdi. İndi əsas məqsəd optimal forma yığmaq, klubu tərk edən oyunçuların yerinə gələcək yeni transferləri komandanın hazırlıq prosesinə uyğunlaşdırmaq və həlledici mərhələyə maksimum hazır olmaqdır. Çempionatın taleyi sonda həll olunur və bizim üçün də əsas olan məhz final mərhələsidir."

Qeyd edək ki, "Azərreyl"in qadınlardan ibarət komandası 9 kollektiv arasında altıncı, kişilər isə 6 klub arasında beşinci sırada qərarlaşıb.

Oxşar xəbərlər

İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər