"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: "Niderland komandası daha ciddi rəqibdir"
CEV Çellenc Kubokunun 1/16 final mərhələsində "Ordu"nun üz-üzə gələcəyi Niderlandın "Simpleks SSS" komandası daha ciddi rəqibdir.
Bunu "Report"a açıqlamasında kişi voleybolçulardan ibarət Azərbaycan təmsilçisinin baş məşqçisi Cavid Süleymanov deyib.
Mütəxəssis cavab qarşılaşmasında stabilliyi qorumağın vacib olduğunu bildirib:
"İlk oyunda 3:0 hesabı ilə qalib gəlmişik. Hamı bizdən qələbə gözləyirdi. Vacib olan stabilliyi qorumaq idi. Çünki belə komandalara müəyyən boşluq versən, ciddi müqavimət göstərərlər. Görüş ərzində rəqibin bizə çətinlik yaratdığı məqamlar da oldu. Lakin oyunçularımızın təcrübəsi matçı nəzarətdə saxlamağa imkan verdi və 3:0 hesablı qələbə qazandıq".
C.Süleymanov növbəti mərhələdəki rəqibləri barədə də danışıb:
"Növbəti rəqibimiz olan Niderland təmsilçisi güclü kollektivdir. Hətta əvvəlki mərhələdə qarşılaşdığımız "Forde VBK"dan daha yaxşı komndadır. Əsas işimiz görüşə ciddi hazırlaşmaq, onların oyunlarını təhlil etmək olacaq. İnanıram ki, bu matçda da özümüzü yaxşı tərəfdən göstərərərək qalib gələcəyik".
Qeyd edək ki, "Ordu" CEV Çellenc Kubokunun 1/32 final mərhələsində Norveçin "Forde VBK" klubunu (3:0, 3:0) mübarizədən kənarlaşdırıb.
Oxşar xəbərlər
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Avropa Liqası: Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda açıq məşqi baş tutub
Milli dəyərlər və gənclərin gələcəyi mövzusunda tədbir keçirilib
"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: "İlk oyundakı nəticə bizi arxayınlaşdırmamalıdır"
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Qarakənd faciəsindən 35 il ötür
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb













