Dövlət Xidməti: Sosial şəbəkələrdə ünvanlı yardım verilməsinə dair saxta məlumatlar yayılır
Son günlərdə fişinq xarakterli müxtəlif saxta domenlər yaradılaraq sosial şəbəkələr və messengerlər vasitəsilə əhali arasında dövlət tərəfindən ünvanlı sosial yardımların verilməsi ilə bağlı dezinformasiya yayılmaqdadır.
"Far.Az" xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb.
Bildirilir ki, xüsusilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə məxsus "myGov" portalının adından istifadə olunmaqla saxtalaşdırılmış saytlar yaradılaraq vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi hədəflənir. Sözügedən saxta saytlar vasitəsilə kimlik məlumatlarının, istifadəçi hesablarının və bank kartları kimi mühüm məlumatların ələ keçirilməsinə cəhd edilir.
XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi bu kimi saxta domenlərin bir neçəsini müəyyən edərək müvafiq qurumlarla birgə ölkə üzrə bloklanmasını təmin edib. Eyni zamanda, həmin saxta domenlər Mərkəzin "Blacklist.gov.az" - vətəndaşların saxta domenlərdən qorunması platforması vasitəsilə də ictimaiyyətə təqdim olunub.
Dövlət Xidməti vətəndaşlara saxta domenlər aşkar etdikdə bu barədə məlumatı Blacklist.gov.az platformasına əlavə etmələrini, saxta saytlardan qorunmaq məqsədilə öz brauzerlərində platformanın müvafiq genişlənməsindən istifadə etmələrini, eləcə də şübhəli sayt və keçidlərə qarşı diqqətli olmalarını tövsiyə edir.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir
-
Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq"
-
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb - YENİLƏNİB
-
Çapayevdə nəqliyyatın hərəkəti iflic olub













