Muxtar Babayev BMT Baş katibi vəzifəsinə namizədlə görüşüb
Far.Az xəbər saytı

Muxtar Babayev BMT Baş katibi vəzifəsinə namizədlə görüşüb


Bakıda iqlim dəyişikliyinin artan iqtisadi təsirləri, o cümlədən xüsusilə inkişaf etməkdə olan ölkələrdə infrastruktur, ticarət, su sistemləri və şəhər dayanıqlığına artan təzyiq müzakirə edilib.

"Far.Az" xəbər verir ki, fikir mübadiləsi Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan arasında aparılıb.

M. Babayev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində baş tutan görüş barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb:

"Bakıda WUF13 zamanı BMT Baş katibi vəzifəsinə namizəd olan Rebeka Qrinspenlə COP31 ərəfəsində iqlim və inkişaf prioritetlərinin bir-biri ilə sıx uzlaşmasını təmin etməklə yanaşı, adaptasiya maliyyəsinin artırılması və icra dəstəyinin gücləndirilməsi zərurətini müzakirə etdik".

Oxşar xəbərlər

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər