"Sumqayıt"ın baş məşqçisi: "Basketbolçularımız NTD ilə matçda möhtəşəm çıxış etdilər"
Far.Az xəbər saytı

"Sumqayıt"ın baş məşqçisi: "Basketbolçularımız NTD ilə matçda möhtəşəm çıxış etdilər"


"Sumqayıt" basketbolçuları NTD ilə matçda möhtəşəm çıxış ediblər.

"Far.Az" xəbər verir ki, bunu "Sumqayıt" komandasının baş məşqçisi Vadim Kuramşın NTD-yə qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis qalib gəldikləri görüş barədə klubun mətbuat xidmətinə danışıb:

"Oyunçularımı qələbə münasibətilə təbrik edirəm. Onlar bu gün möhtəşəm çıxış etdilər. Nəzərə alaq ki, biz kubokun son qalibini mübarizədən kənarlaşdırdıq. Bu gün oyun qurucumuz Keon Klerqot 50 xal toplayaraq klub tarixinin ən yaxşı nəticəsini əldə etdi. Ümid edirəm ki, növbəti matçlarda da bu tempi qoruyacağıq. 1/4 finalda "Ordu" ilə qarşılaşacağıq. Biz bu komandanı tanıyırıq, onların zəif və üstün cəhətlərini bilirik. Bu matça hazırlaşacağıq".

Qeyd edək ki, "Sumqayıt" NTD-yə 116:94 hesabı ilə qalib gələrək Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
İki ordu arasında qalan Ukraynanın xaraba kəndlərindən - FOTOREPORTAJ
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər