ABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq
ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq.
"Far.Az" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasında imzalanmış səhiyyə sahəsində əməkdaşlıq haqqında memorandumda öz əksini tapıb.
Mərasimdə Tacikistanın səhiyyə və əhalinin sosial müdafiəsi nazirinin müavini Abduxolik Amirzoda, ABŞ dövlət katibinin müavini və Sülh Korpusunun direktoru vəzifəsini müvəqqəti icra edən Kristofer Landau, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.
Vəsait Tacikistanın İİV və vərəmlə mübarizə səylərinin dəstəklənməsinə, eləcə də yoluxucu xəstəliklərin aşkarlanması və qarşısının alınması yolu ilə qlobal səhiyyə təhlükəsizliyinin gücləndirilməsinə yönəldiləcək.
Abduxolik Amirzoda qeyd edib ki, memorandum ölkənin səhiyyə sistemini gücləndirməyə, milli potensialı inkişaf etdirməyə və əhalinin sağlamlığına yönələn təhdidlərin profilaktikası, vaxtında aşkarlanması və tədbirlərin görülməsi imkanlarını artırmağa töhfə verəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan millisi Tacikistanla matçda hesabı açıb - YENİLƏNİR
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Qarakənd faciəsindən 35 il ötür
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb













