"Xankəndi"nin yeni baş məşqçisi: "Klubun tarixinə düşdüyüm üçün çox sevinirəm"
Azərbaycanın II Liqa təmsilçisi "Xankəndi"nin yeni baş məşqçsi Zaur Hacıyev klubun tarixinə düşdüyünə görə çox sevinir.
Mütəxəssis bunu "Report"a açıqlamasında deyib.
Onun sözlərinə görə, Xankəndi şəhərinin adı idman vasitəsilə daha yüksək səviyyədə təbliğ olunmalıdır:
"Xankəndi məsələsi mənim üçün çox ciddidir. Bu şəhər uzun müddət düşmən tapdağı altında qalıb, ordumuzun və xalqımızın, şəhidlərimizin və əlbəttə ki, Ali Baş Komandanımızın sayəsində geri qaytarılıb. Biz bu adı nəinki aşağı, yuxarı liqalarda oynayaraq dünyaya tanıtmalıyıq. Bir məşqçi kimi "Xankəndi"nin tarixinə düşdüyüm üçün çox sevinirəm. Bu məsuliyyətli işin öhdəsindən gəlməyə çalışacağam".
Z.Hacıyev komandanın hazırkı durumu və hazırlıq prosesi haqqında da məlumat verib:
"Artıq məşqlərə start vermişik və yanvarın planını hazırlamışıq. Gündəlik bir məşq və ayda üç oyun keçirməyi nəzərdə tuturuq. Komanda ilə müəyyən qədər tanış olmuşam, böyük ehtimalla bəzi mövqelərə yeni oyunçular cəlb ediləcək. Qış fasiləsində transfer etmək bir az çətin olsa da, bunun öhdəsindən gələcəyik".
O, əsas məqsədin çempionluq olduğunu vurğulayıb:
"Rəhbərlik tərəfindən kifayət qədər dəstək verilir. Bütün fikrimizi bu liqada çempion olmağa yönəltmişik. Çalışacağıq ki, komandamız II Liqanı lider bitirsin. "Xankəndi"nin kifayət qədər azarkeş qrupu var. İnşallah, onları sevindirməyə çalışacağıq".
Mütəxəssis hazırda əsas prioritetlərinin peşəkarlıq olduğunu söyləyib:
"İlk dövrəyə nəzər salsaq, görərik ki, "Xankəndi" nəticə qazanan komandadır. Çalışmalıyıq ki, komandanı bir qədər də inkişaf etdirək. Klubu ikinci dövrədən etibarən daha peşəkar sistemlə idarə etməyi planlaşdırırıq".
Qeyd edək ki, Azərbaycan II Liqasının turnir cədvəlində lider "Qaradağ Lökbatan"la eyni - 39 xal toplayan "Xankəndi" hazırda ikinci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













