Bakıda Hindistanın milli azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş beynəlxalq konfrans başa çatıb
Far.Az xəbər saytı

Bakıda Hindistanın milli azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş beynəlxalq konfrans başa çatıb


Bakıda Hindistanın milli azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş beynəlxalq konfrans başa çatıb.

"Report"un məlumatına görə, tədbirin yekununda Bakı Təşəbbüs Qrupu və Beynəlxalq Zikh Federasiyası tərəfindən birgə sənəd - zikhlərə qarşı zorakılığa son qoyulması çağırışı ilə beynəlxalq ictimaiyyətə müraciət imzalanıb.

Konfransda Pakistanın Pəncab əyalətinin insan haqları və azlıqlar üzrə naziri Rameş Singh Arora, Kanada, Böyük Britaniya və ABŞ-dən olan zikh icmalarının nümayəndələri, həmçinin xarici universitetlərdə insan haqları və etnik azlıqlar məsələlərində ixtisaslaşmış analitik mərkəzlərinin ekspertləri və alimlər iştirak ediblər.

Tədbir zamanı Hindistan hakimiyyətinin zikhlərə və digər etnik azlıqlara qarşı həyata keçirdiyi sistematik irqçilik, zorakılıq və repressiv siyasət məsələləri müzakirə edilib.

Qeyd edək ki, "Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" mövzusunda konfrans Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil olunub.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycanda ilk dəfə Hindistanın milli azlıqlara qarşı zorakılıq siyasətinə dair beynəlxalq konfrans keçiriləcək
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər