SOCAR və "Planet Labs" ekoloji monitorinq üçün peyk məlumatlarının istifadəsini müzakirə edib
Far.Az xəbər saytı

SOCAR və "Planet Labs" ekoloji monitorinq üçün peyk məlumatlarının istifadəsini müzakirə edib


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın "Planet Labs PBC" şirkəti ekoloji monitorinqin aparılması, rəqəmsal həllərin inkişafı və məlumatlara əsaslanan qərarların qəbulunun dəstəklənməsi məqsədilə qabaqcıl peyk təsvirləri və geoməkan analitikasının istifadəsi imkanlarını müzakirə ediblər.

Far.Az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkəsindəki hesabında yazıb.

Məlumata görə, müzakirələr Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı (WEF 2026) çərçivəsində "Planet Labs PBC" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Uilyam Marşal ilə keçirilən görüş zamanı baş tutub.

R. Nəcəfin sözlərinə görə, fikir mübadiləsi zamanı SOCAR-ın innovasiyalara, dekarbonizasiyaya və qlobal ən yaxşı təcrübələrə uyğun məsuliyyətli enerji inkişafına sadiqliyinin gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Oxşar xəbərlər

Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər