Azərbaycan Dünya Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycan və Dünya Bankı arasında mövcud əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə Dayanıqlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahbanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.
Məlumata görə, görüşdə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar diqqətə çatdırılıb. Dünya Bankı ilə əməkdaşlıq, Bankın göstərdiyi institusional və texniki dəstək tədbirlərinin bu baxımdan əhəmiyyəti qeyd edilib.
Bundan başqa, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında reallaşdırılan layihələr və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













