Azərbaycan millisinin futzalçısı: "Əsas hədəf öz dəst-xəttimizə uyğun oyun nümayiş etdirməkdir"
Azərbaycanın futzal millisinin əsas hədəfi öz dəst-xəttinə uyğun oyun nümayiş etdirməkdir.
Bunu "Report"a açıqlamasında yığmanın təcrübəli üzvü Tofiq Mikayılov deyib.
O, komandadakı dəyişiklikləri və gənc oyunçuların potensialını yüksək qiymətləndirib:
"Dünəndən komanda şəklində hazırlığa başlamışıq. Yeni məşqçinin öz dəst-xətti və taktikası var, komandada demək olar ki, hər şey dəyişib. Heyətin 90 faizi gənclərdən ibarətdir və onlar çox istedadlı uşaqlardır. Cəmi bir neçə nəfər təcrübəli futzalçı var. Baş məşqçinin əsas taşırığı onun dəst-xəttinə uyğun oyun nümayiş etdirməkdir".
T.Mikayılov heyətdəki dəyişikliklərə münasibət bildirib:
"Uzun illər legionerlərə üstünlük verildiyi üçün gənclərin beynəlxalq təcrübəsi azdır. Lakin daha çox turnirlərdə iştirak etməklə bu boşluğu doldura bilərlər. Heyətdə perspektivli futzalçılar çoxdur. Yoldaşlıq görüşlərində əsas məqsəd nəticədən asılı olmayaraq, məşqçinin istədiyi oyun üslubunu mənimsəmək və öz meydanımızda qələbə qazanmaqdır. Gələcək hədəfimiz isə dünya və Avropa çempionatlarında uğurla çıxış etməkdir. Düzdür, indi bunu komandadan istəmək çətindir. Amma uşaqlara inanmaq lazımdır".
Futzalçı Danimarka yığması ilə yoldaşlıq görüşlərinə ciddi hazırlaşdıqlarını vurğulayıb:
"Danimarka ilə oyunlara ciddi hazırlaşırıq, hər gün təhlillər aparırıq. Meydançaya qələbə üçün çıxacağıq".
Qeyd edək ki, Azərbaycan və Danimarka milliləri arasında yoldaşlıq oyunları yanvarın 22-si və 24-də Bakıda keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dərs və iş saatlarını dəyişmək Bakıda SIXLIĞI AZALDA bilər - EKSPERT
-
Azərbaycanda internetin sürəti ilə bağlı YENİ XƏBƏR
-
Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib
-
Vüqar Qurbanovun vəsifəsini müvəqqəti olaraq Anar İsrafilov icra edəcək
-
Komitədə iclas keçirildi - Yas mərasimlərində israfçılıq məsələsi müzakirə olundu
-
Lionel Messinin "İnter Mayami"yə keçidi klubun gəlirlərini dörd dəfə artırıb













