Leyla Əliyeva şəhid Samirin ailəsinin evində - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxıda şəhid Samir Kaçayevin ailəsi ilə görüşüb.
Far.Az xəbər verir ki, bu barədə o, özünün instaqram hesabında paylaşım edib.
Qeyd edək ki, Samir Ziyatin oğlu Kaçayev 6 mart 1994-cü ildə Şamaxı rayonunun Çuxuryurd kəndində dünyaya gəlib. 2011-ci ildə orta təhsilini bitirdikdən sonra elə həmin il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr, 2015-ci ildə magistr pilləsinə daxil olub.
Lakin Vətənə olan borcu təhsilindən daha üstün sayan Samir hərbi xidmətini Tərtərdə yerləşən hərbi hissədə çəkməyə başlayıb.
2016-cı ilin aprel ayında torpaqlarımızın azad olunması uğrunda erməni işğalçılarına qarşı Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Samir Kaçayev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva 01 noyabr 2021-ci il tarixində Şamaxıya səfəri zamanı Samir Kaçayevin “Küləklə sovrulanlar” kompozisiyanın instalyasiyasına baxış keçirərək, şəhidin ailəsi ilə görüşmüşdü.
Far.AzOxşar xəbərlər
Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub
Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub - FOTO
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Bu gün maestro Niyazinin doğum günüdür
Leyla Əliyeva Qobustan və Şamaxıda bir sıra türbələrə baş çəkib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
-
Qalmaqal yaşayan azərbaycanlı məşhurlar qalada bir araya gəldi
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər













