"Microsoft": Azərbaycanda süni intellektdən istifadə səviyyəsi 15,5 %-ə yüksəlib
Far.Az xəbər saytı

"Microsoft": Azərbaycanda süni intellektdən istifadə səviyyəsi 15,5 %-ə yüksəlib


Azərbaycanda 2025-ci ilin ikinci yarısında süni intellektdən istifadə səviyyəsi 15,5 %-ə yüksəlib.

"Report" bu barədə "Microsoft AI Economy Institute" tərəfindən hazırlanan "2025-ci ildə qlobal süni intellektin tətbiqi: genişlənən rəqəmsal fərq" adlı hesabata istinadən xəbər verir.

Məlumata görə, sözügedən göstərici ötən ilin birinci yarısında 14,2 % təşkil edib.

Hesabatda vurğulanır ki, qlobal miqyasda süni intellektin tətbiqi artsa da, ölkələr və regionlar arasında rəqəmsal fərqlər qalmaqda davam edir.

Belə ki, 2025-ci ilin ikinci yarısında süni intellektdən istifadə səviyyəsi Gürcüstanda 18,2 % (ötən ilin birinci yarısında bu göstərici 17,3 % olub), Türkiyədə 14,6 % (13,4 %), Qazaxıstanda 13,7 % (12,7 %), Rusiyada 8 % (7,6 %), Ermənistanda 6,6 % (6,2 %), Özbəkistanda isə 6,3 % (5,7 %) olub.

Qeyd edək ki, hesabatda süni intellektdən istifadə göstəricisi generativ AI məhsullarından istifadə edən əhalinin payı əsasında hesablanıb. Hesablamalar zamanı "Microsoft"un anonimləşdirilmiş məlumatları, eləcə də ölkələrin internetə çıxış imkanları və əhali göstəriciləri nəzərə alınıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Süni intellektin mediada tətbiqi" mövzusunda seminarlara başlanılıb
MEDİA "Süni intellektin mediada tətbiqi" mövzusunda seminar keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər