Azərbaycanın özəl nəşriyyatının xalis mənfəəti 20 % azalıb
Azərbaycanın özəl nəşriyyatı - "Şərq-Qərb" ASC 2025-ci ili 676 min manat xalis mənfəətlə başa vurub.
"Far.Az" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 20 % azdır.
Ötən il "Şərq-Qərb"in vergiyəqədərki mənfəəti 846 min manat (əvvəlki ilə nisbətən 19,9 % az), mənfəət vergisi ödəmələri isə 171 min manat (19 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Şərq-Qərb"aktivləri 10,01 milyon manat olub ki, bu da, illik müqayisədə 5,8 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 44 % azalaraq 164 min manata, balans kapitalı isə 7,4 % artaraq 9,846 milyon manata çatıb.
Xatırladaq ki, "Şərq-Qərb" 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 589 880 manatdır. Şirkətin əsas səhmdarı Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu, fövqəladə hallar nazirinin keçmiş müavini Teymur Mehdiyevdir.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - Cinayət işinin DETALLARI
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qobustanda ağır qəza: Ölən var
-
Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
-
Emin Ağalarovdan Kerem Bürsinə hədiyyə
-
Kürdəmirdəki Bakı-Batumi neft kəmərinin ötürücü nasos stansiyası mədəniyyət abidələri siyahısına daxil edilə bilər
-
Balakəndə sel: 400-dən çox ev su altında qaldı
-
AZAL yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu həyata keçirib













