"Qarabağ"ın baş məşqçisi: "Hakimlə bağlı lazım olan şərhi Prezident İlham Əliyev verib"
Prezident İlham Əliyev "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununun baş hakimi barədə lazım olan şərhi verib.
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis Bakıda "Ayntraxt"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunundan sonra Azərbaycan çempionunu təbrik edən Prezident İlham Əliyevə təşəkkürünü bildirib:
"Mən də öz növbəmdə qələbə münasibəti ilə Cənab Prezident İlham Əliyevi təbrik edirəm. Bizə göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Qarşılaşmanın baş hakimi Sandro Şererin haqsız qərarları ilə bağlı lazım olan bütün fikirləri Prezident bildirdi. Məncə, onun sözlərindən sonra əlavə şərhə ehtiyac yoxdur. Təbii ki, mən də oyun sırasında əsəbləşmişdim, lakin sonradan hirsim soyudu".
Qeyd edək ki, Prezident İlham Əliyev "Qarabağ" - "Ayntraxt" oyunundan sonra Ağdam təmsilçisini 3:2 hesablı qələbə qazanması münasibəti ilə təbrik edib və matçın baş hakiminin oyun sırasında ədalətsiz, eləcə də qərəzli qərarlar qəbul etdiyini bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Çempionlar Liqası: "Qarabağ" "Ayntraxt"a son dəqiqədə vurduğu qolla qalib gəlib - YENİLƏNİB-6
Çempionlar Liqası: "Qarabağ" - "Ayntraxt" oyununda daha 2 qol vurulub - YENİLƏNİR-5
Çempionlar Liqası: "Qarabağ" "Ayntraxt"a qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir













