Zelenski BƏƏ-də keçiriləcək görüşdə Ukrayna nümayəndə heyətinin tərkibini açıqlayıb - YENİLƏNİB
Ukrayna ABŞ və Rusiya ilə danışıqlar aparmaq üçün Əbu-Dabiyə tam tərkibdə danışıqlar komandasını göndərəcək.
"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Davosda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətinin tərkibinə Prezident Ofisinin rəhbəri Kirill Budanov, onun birinci müavini Sergey Kislitsa, Ali Radada "Xalqın xidmətçisi" fraksiyasının lideri David Araxamiya və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəisi Andrey Qnatov daxil olacaq.
Zelenski qeyd edib ki, bu, texniki səviyyədə üçtərəfli görüş olacaq.
Yanvarın 23-də BƏƏ-də Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş keçiriləcək.
"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.
Görüş iki gün davam edəcək.
"Düşünürəm ki, bu, BƏƏ-də ilk üçtərəfli görüş olacaq, sabah və birisi gün keçiriləcək", - Ukrayna lideri vurğulayıb.
Onun sözlərinə görə, bu, tarixdə texniki səviyyədə ilk üçtərəfli görüş olacaq.
Zelenski qeyd edib ki, yanvarın 22-də ABŞ nümayəndə heyəti Moskvaya yola düşəcək.
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib
-
Komitədə iclas keçirildi - Yas mərasimlərində israfçılıq məsələsi müzakirə olundu
-
Lionel Messinin "İnter Mayami"yə keçidi klubun gəlirlərini dörd dəfə artırıb
-
KİV: ABŞ İranla ölkənin mineral ehtiyatlarına çıxışını müzakirə edə bilər
-
Litvanın Aİ Şurasına sədrliyi dövründə prioritetləri bəlli olub
-
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır - EKSKLÜZİV













