"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov: "Komanda olaraq elə qollar buraxmaq olmaz"
Far.Az xəbər saytı

"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov: "Komanda olaraq elə qollar buraxmaq olmaz"


Misli Premyer Liqasının VIII turunda "Araz-Naxçıvan" komandasının "Sumqayıt"la matçda buraxdığı qollar Naxçıvan kollektivinin baş məşqçisi Yuri Maksimovu narazı salıb.

"Far.Az" xəbər verir ki, bunu ukraynalı mütəxəssis özü sözügedən matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, məğlub olduqları qarşılaşmanı şərh edib:

"Birinci hissədə pis oynamadıq. Hesabda irəlidə idik və bunu davam etdirmək lazım idi. Heç də yaxşı olmnayan qollar buraxdıq. Komanda olaraq elə qollar buraxmaq olmaz. İkinci hissədə futbolçular qələbə hesabını qorumağa çalışdı və səhvlər etdik".

Qeyd edək ki, "Sumqayıt" - "Araz-Naxçıvan" görüşü Sumqayıt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oxşar xəbərlər

YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Bakıda insanlara qurulan "ölüm tələsi" - Vətəndaşları kimlər narazı salır?
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər