Türkiyə COP31-ə BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu təyin edib
Türkiyənin "Sıfır Atık Vakfı" sədri Samed Ağırbaş bu il Türkiyənin ev sahibliyi edəcəyi COP31 iqlim konfransında BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu təyin edilib.
"Far.Az" xəbər verir ki, bu barədə COP31-in prezidenti, Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum sosial şəbəkələrdə məlumat yayıb.
"Bu il Türkiyənin ev sahibliyi edəcəyi və 197 ölkənin nümayəndələrini birləşdirəcək COP31 iqlim sammitində Samed Ağırbaşın iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempion təyin olunduğunu məmnuniyyətlə bildirirəm", - deyə o yazıb.
Murat Kurum həmçinin S.Ağırbaşın COP31 prosesinin uğuruna əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.
Xatırladaq ki, Türkiyə ötən ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi edəcək ölkə kimi seçilib. Konfrans 2026-cı il noyabrın 9-20-də Antalyada baş tutacaq, lakin COP31-ə hazırlıqla bağlı əsas danışıqlar Avstraliyada aparılacaq.
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir - YENİLƏNİB
Sabirabadda "Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi" mövzusunda regional konfrans keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Polis Akademiyasında beynəlxalq konfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sərxoş halda 150-dən çox qoyunu oğurlayan şəxs anlaqsız sayıldı - MƏHKƏMƏ
-
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
-
Zeynəbin axtarışları nəticə vermir - "Qayalıqlar və balıqçı torları işi çətinləşdirir"
-
ABŞ İrana gedən üç ticarət gəmisini ələ keçirdiyini açıqlayıb
-
Qurban Qurbanov şok qərar verib - UZAQLAŞDIRILDI
-
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub













