DTX səfirliyə terror hücumunun qarşısını alıb - XÜSUSİ ƏMƏLİYYAT
Far.Az xəbər saytı

DTX səfirliyə terror hücumunun qarşısını alıb - XÜSUSİ ƏMƏLİYYAT


Xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslər həbs edilib.

Bu barədə "Report"a Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) məlumat verilib.

DTX-nin həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan vətəndaşları - 2000-ci il təvəllüdlü, "Abu Zər əl-Mühacir" dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü, "Abdurəşid" dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü "Abdurrahman əl-Azəri" dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb.

Adıçəkilən şəxslər İŞİD terror təşkilatının "Vilayəti-Xorasan" silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycandakı səfirliyinə terror hucumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə, dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DTX səfirliyə terror hücumunun qarşısını alıb - XÜSUSİ ƏMƏLİYYAT

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər