Bərdədə gizlədilən silah-sursat tapılıb
Far.Az xəbər saytı

Bərdədə gizlədilən silah-sursat tapılıb


Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

BAKU.WS xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bərdə rayonunun Yeni Həyət kəndindən Çəmənli kəndi istiqamətinə gedən yolun üzərindəki körpünün yanında torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 30 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Məhkumun Bərdədə evində gizlətdiyi avtomat silahı aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il tədbiri keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər