Türkiyənin sabiq naziri həbs edildi
Far.Az xəbər saytı

Türkiyənin sabiq naziri həbs edildi


Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya fondlarla bağlı aparılan istintaq çərçivəsində həbs olunub.

Far.Az xəbər verir ki, o, prokurorluqda 2 saat 15 dəqiqə dindirildikdən sonra qanunsuz maliyyə əməliyyatları və cinayətkar təşkilata üzvlükdə şübhəli bilinərək məhkəməyə göndərilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

İş üzrə Kaya­nın həyat yoldaşı İlyas Kaya və Türkiyənin sabiq Kapital Bazarları Şurasının rəhbəri İbrahim Ömer Gönül isə məhkəmə nəzarətinə verilib. Onlara ölkədən çıxış qadağası qoyulub və mütəmadi olaraq imza atmaq öhdəliyi müəyyən edilib.

İstintaqın əsasını "Özata Denizcilik" şirkətinin səhmləri ilə bağlı əməliyyatlar təşkil edir. Məlumata görə, Kaya və həyat yoldaşı 2026-cı ildə ümumilikdə yüz minlərlə səhm alıb, sonradan satış həyata keçiriblər. Əməliyyatların ümumi həcminin 2,17 milyard lirəyə (43,26 milyon dollar) çatdığı bildirilir.

Oxşar xəbərlər

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.01.2026)
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (21.01.2026)

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər