Bakıda sürücü motosikleti "şahə qaldıraraq" təhlükə yaratdı - Polis hərəkətə keçdi/ANBAAN VİDEO
Far.Az xəbər saytı

Bakıda sürücü motosikleti "şahə qaldıraraq" təhlükə yaratdı - Polis hərəkətə keçdi/ANBAAN VİDEO


Bakıxanovda təhlükəli manevrlər edən motosiklet sürücüləri ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Far.Az-in sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılmış videogörüntü ilə əlaqədar hazırda tərəfimizdən araşdırma aparılır və sürücülər müəyyənləşdirilərək barələrində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.

***12:28

Ötən gecə Bakıda motosiklet sürücüləri təhlükəli manevrlər edib.

Bu barədə görüntülər Far.Az-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsində motosiklet sürücüsü nəqliyyat vasitəsini idarə edən zaman onu bir təkər üzərinə qaldırıb. Bu zaman sürücü həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atıb.

Sözügedən kadrları təqdim edirik:

Oxşar xəbərlər

İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Bakıda sürücü motosikleti "şahə qaldıraraq" təhlükə yaratdı - ANBAAN VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər