Çempionlar Liqası: "Qarabağ"ın legioneri əsas mərhələdə bir göstəricidə ilk "üçlük"də yer alıb
Far.Az xəbər saytı

Çempionlar Liqası: "Qarabağ"ın legioneri əsas mərhələdə bir göstəricidə ilk "üçlük"də yer alıb


"Qarabağ"ın müdafiəçisi Kevin Medina UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox top qazanan futbolçulardan biridir.

"Far.Az"un məlumatına görə, 32 yaşlı oyunçu bu göstəriciyə görə üçüncü pillədə qərarlaşıb.

Kolumbiyalı futbolçu Liqa mərhələsindəki 8 matçda 62 dəfə buna nail olub. Medina Çexiyanın "Slaviya" klubundan David Zima (62) ilə birlikdə üçüncüdür.

İlk sırada İspaniyanın "Atletik" klubundan Aytor Parades (77) yer alıb. İtaliyanın "Atalanta" komandasından Odilon Kossunu (66) ikinci sıradadır.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.

Oxşar xəbərlər

SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Bakıda aeroportdan şəhərin mərkəzinə neçəyə getmək olur? - QİYMƏTLƏR
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər