"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB-2
Far.Az xəbər saytı

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB-2


"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.

"Far.Az" xəbər verir ki, Sumqayıt şəhər Məhkəməsində prokurorluğun təqdumatı əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimat məhkəməyə daxil olub.

"Far.Az" xəbər verir ki, Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev barəsində təqdimata Sumqayıt Şəhər Məhkəməsində baxılacaq.

Onlar barəsində həbs qətimkan tədbiri seçilməsi gözlənilir.

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı saxlanılıb.

"Far.Az" xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev tutulub.

Onlara Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham verilib.

Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.

Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur.

Oxşar xəbərlər

"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri barəsində təqdimat məhkəməyə daxil olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər