Atletika üzrə Bakı Beynəlxalq qış turniri keçirilib
Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası, "Atletika" İdman Klubunun təşkilatçılığı və Dünya Atletikasının dəstəyi ilə Bakı Beynəlxalq qış turniri keçirilib.
"Far.Az" xəbər verir ki, açılış mərasimində çıxış edən federasiyanın vitse-prezidenti Könül Nurullayeva və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva yarışın əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıblar.
Bakı Atletika Mərkəzində keçirilən turnirdə yerli idmançılarla yanaşı, Tacikistan və Qırğızıstanı təmsil edən 60-a yaxın atlet mübarizə aparıb.
60 metr məsafəyə qaçışda kişilər arasında Tembo Con bütün rəqiblərini qabaqlayıb. Qadınların mübarizəsində isə Lamiyə Vəliyeva beynəlxalq yarışın qalibi olub. Üç təkanla tullanma növündə Rüstəm Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Uzunluğa tullanmada isə Qırğızıstan təmsilçisi Timur İsakov daha yüksək nəticə göstərərək 1-ci yeri tutub. Həmçinin, U-18 kateqoriyasında oğlanlar və qızlar arasında müxtəlif növlərdə qaliblər müəyyənləşib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













