Hindistan və Venesuela 2026-cı ildə münasibətləri yenidən qurmağı hədəfləyir
Far.Az xəbər saytı

Hindistan və Venesuela 2026-cı ildə münasibətləri yenidən qurmağı hədəfləyir


Hindistan və Venesuela 2026-cı ildə münasibətləri yenidən başlatmaq barədə razılığa gəlib.

"Far.Az" xəbər verir ki, bu barədə Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığının yekunlarına dair öz "Telegram" kanalında məlumat paylaşıb.

"2026-cı ildə münasibətlərin yenidən başladılması üçün ümumi fəaliyyət planı üzrə razılıq əldə olunub", - deyə o yazıb.

Rodriqes qeyd edib ki, "dostcasına" keçən söhbət zamanı tərəflər "dərin insani və mənəvi qarşılıqlı anlaşmaya nail olublar" və bütün sahələrdə ikitərəfli tərəfdaşlığı dərinləşdirmək və genişləndirmək barədə razılığa gəliblər.

Xüsusilə energetika, kənd təsərrüfatı, elm və texnologiya, mədənçilik və əczaçılıq sənayesi, avtomobil istehsalı və turizm sahələrində strateji əməkdaşlıq nəzərdən keçirilib.

"Baş nazir Modi Venesuela xalqını öz sülhünü, suverenliyini və müstəqilliyini müdafiə etməkdə dəstəkləməyə hazır olduğunu təsdiqləyib", - deyə Rodriqes bildirib.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər