Cəlilabadda balta ilə xəsarət yetirilənlərin kimliyi məlum olub, saxlanılan var - YENİLƏNİB
Far.Az xəbər saytı

Cəlilabadda balta ilə xəsarət yetirilənlərin kimliyi məlum olub, saxlanılan var - YENİLƏNİB


Cəlilabadda balta xəsarəti alan yeniyetmələrin kimliyi məlum olub.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, onlar rayonun Uzuntəpə kənd sakinləri - 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu və 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızıdır.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Far.Az"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə. Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Cəlilabad rayonunda 12 və 14 yaşlı uşaqlar baltadan xəsarət alıblar.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinir.

Xəsarət alan yeniyetmələr Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisəsin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Vəkilliyə qəbulla bağlı imtahanda uğur qazanan şəxslərin adları açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər