Premyer Liqa: "Neftçi" "Araz-Naxçıvan"ı dörd cavabsız qolla məğlub edib
Far.Az xəbər saytı

Premyer Liqa: "Neftçi" "Araz-Naxçıvan"ı dörd cavabsız qolla məğlub edib


"Neftçi" Misli Premyer Liqasında "Araz-Naxçıvan"ı məğlub edib.

"Report"un məlumatına görə, XVIII turun oyunu 4:0 hesabı ilə yekunlaşıb.

"Ağ-qaralar"ın qollarını 4-cü dəqiqədə İqor Ribeyro, 40-cı dəqiqədə Bassala Sambu, 84-cü dəqiqədə Alessio Kurçi, 90+2-ci dəqiqədə Vensan Abubakar vurub.

Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran "Neftçi" yeddinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi 27 xalla altıncıdır.

Günün ikinci görüşündə "Qarabağ" "Turan Tovuz"la üz-üzə gələcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Karvan-Yevlax"ı (2:0), "Qəbələ" "İmişli"ni (3:2), "Şamaxı" "Kəpəz"i (2:0), "Sabah" "Zirə"ni (3:1) məğlub edib.

Oxşar xəbərlər

"Neftçi" təcrübəli hücumçu transfer etdi - Vensan Abubakar Bakıda
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Premyer Liqasında güc bölgüsü: "Qarabağ" evdə, "Sabah" səfərdə liderdir - ARAŞDIRMA
Azərbaycan klubları yoxlama matçlarında: Üçündən maksimum nəticə, ikisi bütün oyunları uduzub – ARAŞDIRMA
"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB - 6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər