Ronaldo artıq "Əl-Nəsr"də oynamaq istəmir - SƏBƏB
Far.Az xəbər saytı

Ronaldo artıq "Əl-Nəsr"də oynamaq istəmir - SƏBƏB


Portuqaliya millisinin və "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştiano Ronaldonun komandadakı gələcəyi sual altına düşüb.

Far.Az xəbər verir ki, nüfuzlu A Bola nəşri və tanınmış insayder Fabrizio Romanonun məlumatına görə, təcrübəli hücumçu klubun idarəetmə siyasətindən narazıdır.

Bildirilir ki, Ronaldonun sağlamlıq vəziyyəti və fiziki hazırlığı normal olsa da, o, "Əl-Riyad"la keçiriləcək oyunda meydana çıxmamaq qərarına gəlib. Futbolçunun bu addımı etiraz xarakteri daşıyır.

Qeyd edək ki, Ronaldo "Əl-Nəsr"in Dövlət İnvestisiya Fondu tərəfindən idarə olunmasından və kluba göstərilən dəstəyin səviyyəsindən narazıdır. Onun fikrincə, Səudiyyə Ərəbistanındakı əsas rəqib klublara daha çox maliyyə və struktur dəstəyi verilir, bu isə yarış balansını pozur.

Xatırladaq ki, bundan əvvəl "Əl-İttihad"ın hücumçusu Kərim Benzema da oxşar narazılıqlar səsləndirmişdi. Bu faktlar Səudiyyə Ərəbistanı futbolunda daxili gərginliyin artdığını göstərir.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər